✨8 NOYABR M/S VƏ TİBB UNİVERSİTETİ YAXINLIĞINDA LÜKS KİRAYƏ MƏNZİL! ✨
Sakit, rahat və bütün infrastrukturun mərkəzində yaşamaq istəyənlər üçün ideal təklif! Nəsimi Məhkəməsinin üzbəüzündə, 17 mərtəbəli yeni tikilinin 10-cu mərtəbəsində yerləşən, xüsusi zövqlə təmir olunmuş 3 otaqlı (4-dən düzəlmə) mənzil kirayə verilir.
🏡 Mənzilin Özəllikləri:
Tam Təchizat: Mənzildə komfortlu yaşayış üçün hər bir detal düşünülüb — bütün mebel və məişət texnikası, kombi sistemi, isti döşəmə, tozsoran, ütü masası, paltar qurudan, yataq dəstləri və qab-qacaq mövcuddur.
Çamadanınızı götürüb gəlməyiniz kifayətdir!
Panoramik Mənzərə: Mənzilin 2 eyvanı var — biri şəhərə möhtəşəm panorama açır, digəri isə sakit həyətə baxır.
📍 Əlverişli Məkan və İnfrastruktur:
8 Noyabr metrosu və Asiya Universitetinin tam yaxınlığında.
Azərbaycan Tibb Universitetinə cəmi 2 dayanacaq məsafədə.
1 saylı ASAN Xidmət, Hərbi Hospital və İstanbul Liseyinə addımlıq məsafədə.
Binanın tam önündə avtobus dayanacağı yerləşir (şəhərin hər istiqamətinə rahat nəqliyyat).
Binanın altında böyük market, aptek və digər iaşə obyektləri mövcuddur.
🛡️ Bina Təhlükəsizliyi və Komfort:
Kənar şəxslərin girişi məhduddur (kodlu qapılar, kartla işləyən 2 ədəd sürətli lift).
Həyətdə və binanın önündə rahat avtomobil saxlamaq üçün parkinq imkanı.
📌 Kirayə Şərtləri:
Mənzil yalnız uzunmüddətli kirayə verilir.
Kimıərə şamil olunur: Ailələrə (körpə uşaq olmamaq şərtilə) və ya maksimum 2-3 işləyən / tələbə xanıma.
💰 Qiymət: 850+34 AZN (Qiymət sondur, endirim olunmur).